Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı (Aİ) bir qrup avropalı rəsminin yay aylarından etibarən Donald Trampın Avropa ilə ticarət münasibətlərinə dair mövqeyini analiz etməsi nəticəsində yeni strategiyalar hazırlayıb.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, araşdırmaların nəticəsinə əsasən, Aİ ABŞ-dan daha çox kənd təsərrüfatı və müdafiə məhsulları almağı nəzərdən keçirir. Bununla Trampın dəstəyini qazanmaq və ikitərəfli münasibətləri yaxşılaşdırmaq planlaşdırılır.
Eyni zamanda Vaşinqtonun Avropa məhsullarına tətbiq etdiyi gömrük rüsumlarını artıracağı təqdirdə, Avropa Komissiyası buna cavab olaraq ABŞ iqtisadiyyatının həssas sektorlarına təzyiq göstərəcək tədbirlər görməyi planlaşdırır.
Brüsseldəki mənbələr bildirir ki, Tramp administrasiyası ilə əlaqələrin inkişaf etdirilməsi yalnız ticarət çərçivəsində həll edilə bilməz və "ticarətdən kənar addımların atılmasını" tələb edir.
Ekspertlər hesab edirlər ki, bu addımın həm iqtisadi, həm də siyasi aspektdə iki tərəfli təsirləri ola bilər. Aİ-nin yeni strategiyasının, xüsusilə, yaxınlaşan ABŞ prezident seçkiləri ərəfəsində nə qədər effektiv olacağı maraqla gözlənilir.
03 Fevral 2025
02 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ