İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı tarixində ilk: Birgə silahlanma başlanır

Avropa Komissiyası Avropa İttifaqının tarixində ilk dəfə Aİ ölkələri tərəfindən hava hücumundan müdafiə sistemləri, zirehli texnika və sursatlar daxil olmaqla, birgə hərbi tədarük proqramına başlayıb. Musavat.com Avropa Komissiyasının açıqlamasına istinadən xəbər verir ki, bu avadanlığın bir hissəsi Ukraynaya tədarük edilməlidir.

Məlumata görə, ilk mərhələdə 20 Aİ ölkəsi hava hücumundan müdafiə sistemləri, zirehli maşınlar və sursatların alınması üçün yardım alacaq.
AK qeyd edib ki, proqrama ümumilikdə beş birgə satınalma layihəsi daxil olacaq və bu layihələr Aİ büdcəsindən 300 milyon avro məbləğində əlavə maliyyə alacaq.

Avropa Komissiyası qeyd edir ki, Aİ ölkələrinin birgə silah alması “Avropa ordularının qarşılıqlı fəaliyyətini” artıracaq və Avropa sənayesinin hərbi sifarişləri yerinə yetirməsini asanlaşdıracaq.

Dekabrın 1-də vəzifəsini tərk edən Aİ diplomatik xidmətinin rəhbəri Josep Borrell noyabrın 13-də Avropa Parlamentində çıxış edərək, Aİ-ni tez bir zamanda iqtisadi birlikdən hərbi birliyə çevirməyə çağırıb.

Öz növbəsində, onu əvəz edəcək estoniyalı Kaja Kallas və ilk dəfə Avropa Komissiyasının yeni tərkibində təyin olunmuş müdafiə üzrə litvalı Avropa komissarı Andrius Kubilius elan ediblər ki, Avropa Komissiyasının ikinci tərkibinin işinin ilk 100 günündə Ursula fon der Leyenin rəhbərliyi ilə Avropa İttifaqının hərbi-strateji prioritetlərini müəyyən edəcək Aİ Ağ Kitabı qəbul ediləcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Noyabr 2024

14 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR