Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, bu gün, 11 noyabr 2024-cü il tarixində Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) öz işinə başlayır.
Sammitdə iştirak etmək məqsədilə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Bakıya gəlib.
COP29 sammiti iqlim dəyişikliyi ilə mübarizə və qlobal istiləşmənin təsirlərinin azaldılması istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsi məqsədilə keçirilir. Tədbirdə dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların nümayəndələri və iqlim sahəsində fəaliyyət göstərən ekspertlər iştirak edirlər.
Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli COP29 sammitinə dəvət etmişdi.
Sammit çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə, karbon emissiyalarının azaldılması və dayanıqlı inkişaf hədəflərinə nail olmaq üçün qlobal səylərin artırılması məsələləri müzakirə olunacaq.
COP29 sammiti 21 noyabr 2024-cü il tarixinədək davam edəcək.
Musavat.com
13 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ