Onlayn ictimai-siyasi qəzet
Rusiya Silahlı Qüvvələri Moskvaya pilotsuz uçuş aparatları (PUA) ilə hücum cəhdinə cavab olaraq, Kiyevdəki hədəflərə genişmiqyaslı zərbələr endirib.
Musavat.com telegram kanallarına istinadən xəbər verir ki, əməliyyat çərçivəsində əvvəlcə Rusiya PUA-ları Ukraynanın hava hücumundan müdafiə sistemlərini yükləyib, daha sonra "X-101" qanadlı raketləri və "İskəndər" ballistik raketləri istifadə edilib. Kiyev şəhər hərbi administrasiyasının məlumatına görə, dronlar paytaxta müxtəlif istiqamətlərdən və hündürlüklərdən dalğalar şəklində hücum ediblər. Ukrayna hava hücumundan müdafiə qüvvələri 30-dan çox Rusiya PUA-sını zərərsizləşdirdiklərini bildiriblər.
Rusiyanın Kursk vilayətindəki əks-hücumları hələlik heç bir ciddi uğur gətirməyib, lakin ruslar xüsusilə də texnikada böyük itkilər verir. Bunu “Forbes”-in hərbi analitiki Devid Eks yazıb. O qeyd edib ki, altı gün ərzində ukraynalı PUA operatorlarından biri cəbhənin bu hissəsində 77 məhv edilmiş Rusiya zirehli texnikasını müəyyən edib. Bu isə təxminən 3 batalyon deməkdir.
“Bu texnika üç rus batalyonu üçün kifayət edərdi və bu, sadəcə olaraq, rəsmən qeydə alınanlardır. Rusiyanın faktiki itkiləri daha çox ola bilər. Kreml bir neçə briqadasını təzə nəqliyyat vasitələri ilə təmin edib. O cümlədən 51-ci hava-desant alayı və 810-cu dəniz piyadaları briqadasını silahlandıraraq Kurska çatdırıb.
Eyni zamanda, Ukrayna briqadaları ruslara uğurla müqavimət göstəriblər, hətta Novoivanovka yaxınlığında irəliləyərək Kurskda cəbhə xəttinin bir neçə yerində əks-hücum keçirməyə nail olublar. Döyüşlər heç bir dayanma əlaməti göstərmir, həddindən artıq və bərpası mümkün olmayan itkilər var. Ruslar qlobal siyasi dəyişikliklər fonunda “vo-bank” gedirlər”, - Devid Eks yazıb.
TVMusavat-ın bu gün saat 11:30-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu Azad Vətən Partiyasının sədri Akif Nağı ilə COP29-da liderlər sammiti haqda müzakirə aparır.
https://www.youtube.com/@musavattv
https://www.facebook.com/tvmusavat
14 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ