Onlayn ictimai-siyasi qəzet
Azərbaycan strateji mübarizələrin miqyasında vacib yer tutan yaşıl enerji portfeli üzrə geosiyasi tendensiyalara dərin təsir imkanı qazanacaq.
Musavat.com xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, siyasi analitik Aqşin Kərimov öz sosial media hesabında bildirib.
O əlavə edib ki, Azərbaycan bərpa olunan enerji üzrə ixrac potensialına dünyanın güc mərkəzlərinin kapital qoyuluşuna nail ola bilər. Ola bilsin, ölkəmiz qlobal enerji keçidinin əsas hissələrindən biri olmaqla həm Şərq-Qərb, həm də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinə strateji planlarını vahid qovluqla inteqrasiya etdirsin.
Dünyada yaşıl enerjiyə keçidi üzrə strategiyalar iqtisadi pozulmalarla müşayiət oluna və ənənəvi enerji resurslarının qiymətlərinin kəskin ucuzlaşması riskləri yaran bilər. Buna görə də Azərbaycan: Mümkün qeyri-müəyyənliklər fonunda tez bir zamanda Avropaya ixrac olunacaq alternativ enerji resurslarına beynəlxalq təhlükəsizlik və iqtisadi zəmanətlər almağa nail olmalıdır.
Xarici siyasət üzrə yaşıl enerji imperativləri formalaşdırıb bunu regional hərəkətverici qüvvənin əsas parçasına çevirməyi bacarmalıdır".
Analitik onu da qeyd edib ki, Azərbaycan mütənasib geoiqtisadi və geosiyasi nəticələri olan alternativ enerji keçidinə tələb olunan səviyyədə yiyələnmək üçün alətləri Ermənistanla münasibətlər kontekstində də nəzərdən keçirir:
"Hesab etmək olar ki:
- Azərbaycanla Ermənistan münasibətləri tam hüquqlu və hərtərəfli tənzimləmə üzrə nəticə əldə etdikdən sonra (necəliyini müzakirə etmirik) Bakı İrəvanla bərpa olunan enerji üzrə optimal birləşməni təmin edəcək danışıqlar aparsın (bu mənim ən yeni tezisimdir),
- Bu amil Azərbaycanın Zəngəzur dəhlizi vasitəsilə enerji siyasətinin beynəlxalq və regional dəstək qazandıran iqtisadi diplomatiya aləti ola bilər..."
Afaq,
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ