İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı neft-qaz idxalını AZALTDI

2024-cü ilin ikinci rübündə Avropa İttifaqı 94,9 milyard avro dəyərində 177,9 milyon ton enerjidaşıyıcıları idxal edib.

Musavat.com "Eurostat"ın açıqladığı hesabata əsasən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə həcmdə 9,7 faiz, dəyər baxımından 10,7 faiz azalma deməkdir.

Rüb ərzində təbii qazın idxalı dəyər ifadəsində 31,4 faiz, həcm üzrə isə 9,5 faiz azalıb. Oxşar rəqəmlər mayeləşdirilmiş təbii qaz (LNG) üzrə də müşahidə olunur, burada idxal dəyər ifadəsində 41,2 faiz, həcmdə isə 20,2 faiz azalıb.

2024-cü ilin ikinci rübündə Aİ-yə təbii qazın əsas tədarükçüləri Norveç (43,5 faiz), Əlcəzair (21,6 faiz) və Rusiya(15,5 faiz) olub.

LNG üzrə əsas ixracatçılar idxalın 46 faizini təmin edən ABŞ, Rusiya (16,8 faiz) və Qətər (11,9 faiz) olub.

Enerji idxalının ümumi azalmasına baxmayaraq, 2023-cü ilin ikinci rübü ilə müqayisədə idxal olunan neft məhsullarının maya dəyərində cüzi artım, fiziki həcmində isə 2,2 faiz azalma qeydə alınıb. Bu seqmentdə tədarükün əsas hissəsi ABŞ (15,1 faiz), Norveç (14,1 faiz) və Qazaxıstan (11,7 faiz) tərəfindən təmin edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR