İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı İrana qarşı sanksiyaları qaldırmadı

Avropa İttifaqı İrana qarşı sanksiyaları saxlamaq barədə qərar qəbul edib.

Musavat.com-un xəbərinə görə, Aİ Şurasının mətbuat xidmətinin yaydığı açıqlamada qeyd olunur ki, İrana münasibətdə nüvə silahının yayılmaması rejimi çərçivəsində məhdudlaşdırıcı tədbirlərin davam etdirilməsi üçün lazımi addımların atılmasına qərar verilib.

Aİ Şurası hesab edir ki, məhdudiyyətləri ləğv etməkdən çəkinmək üçün tutarlı səbəblər var.

Qeyd edək ki, İranla Aİ arasındakı Birgə Kompleks Fəaliyyət Planında oktyabrın 18-dən sanksiyaların yumşaldılması nəzərdə tutulurdu. Lakin İranın Ukraynaya qarşı müharibədə Rusiyaya hərbi yardım etməsi barədə faktlar aşkarlandıqdan sonra Aİ daxilində sanksiyaların davam etdirilməsi çağırışları çoxalmışdı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR