İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı Ermənistana mülki missiya göndərir?

Avropa İttifaqına üzv ölkələrin səfirləri Ermənistana mülki missiya göndərmək barədə razılığa gəliblər.

Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir.

Bildirilir ki, müvafiq qərar Siyasət və Təhlükəsizlik Komissiyasının qapalı iclasında qəbul edilib.

Azatutyun saytının məlumatına görə, missiya Azərbaycanla sərhəddə yerləşdiriləcək. Onun məqsədi etimad yaratmaq, eləcə də sərhədlərin delimitasiyası prosesini təşviq etməkdir.

Qeyd olunub ki, hazırda icra detalları müzakirə olunur, Ermənistana nə qədər nümayəndə olacaq, hansı ölkələrdən və nə vaxt gələcək.
“Buna baxmayaraq, missiyanın gələcəyi aydındır”, - Brüsseldəki diplomatik mənbə bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR