Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı Şurası bu gün Rusiya və Belarusun taxıl məhsullarının İttifaq ərazisinə idxalına gömrük rüsumlarının artırılması ilə bağlı qərar qəbul etməyi planlaşdırır.
Musavat.com xəbər verir k, bu barədə məlumatı Belçikanın xarici işlər naziri Aja Labib Brüsseldə Aİ Şurasının birliyin ticarət nazirlərinin iştirakı ilə keçirilən iclasından əvvəl jurnalistlərə açıqlayıb.
Onun sözlərinə görə, bu tədbirlər Ukrayna ilə həmrəyliyi inkişaf etdirməyin başqa bir yoludur.
Martın 21-22-də keçirilən Aİ sammitindən sonra Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropa İttifaqının Rusiya və Belarusdan Aİ-yə taxıl məhsullarının idxalına rüsumların artırılması təklifini açıqlayıb: "Belə bir təklif üçün kifayət qədər səbəblər var idi. Bu, Rusiya taxılının Avropa bazarlarında sabitliyi pozmasının qarşısını alacaq".
Fon der Lyayenin fikrincə, bu addım Rusiyanın bu məhsulların Aİ ərazisində satışından əldə etdiyi gəlirə son qoyacaq.
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ