Onlayn ictimai-siyasi qəzet
Avropa ölkələri Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi barədə qərar vermək üçün Ukrayna üzrə mayın 15-də İstanbulda keçirilməsi planlaşdırılan danışıqları gözləyəcəklər.
Musavat.com xəbər verir ki, məlumatı mənbələrə istinadən Bloomberg yayıb.
Bildirilir ki, mayın 12-də ABŞ Avropa rəsmilərinə Moskvaya təzyiqlərin artırılması məsələsini müzakirə etmək üçün Rusiya və Ukraynanın Türkiyədə birbaşa danışıqlarını gözləməyi təklif edib.
Agentlik xəbər verir ki, Avropa liderləri Rusiya prezidenti Vladimir Putin Zelenski ilə görüşdən imtina edərsə və ya Rusiya dərhal və qeyd-şərtsiz atəşkəslə razılaşmasa, ABŞ prezidenti Donald Trampı sankisiyaların tətbiqinə çağırmaq istəyirlər. Lakin məlumata görə, ABŞ administrasiyası anti-Rusiya sanksiyaları məsələsi ilə bağlı agentliyə hələ şərh verməyib.
Musavat.com
13 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ