İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İranın ballistik raket istehsalına qadağanı qaldırmayacaq – Moskva Tehrandan çox narahatdır

Böyük Britaniya, Almaniya və Fransa İranın ballistik raket istehsalına qoyulan qadağanın aradan qaldırılmasına imkan verməmək niyyətindədirlər. The Guardian-ın yazdığına görə, Avropa ölkələri Rusiyaya Ukraynaya qarşı istifadə etmək üçün dron tədarük edən İranın ballistik raketlərin yaradılması sahəsində tədqiqatların aparılması, raketlərin hazırlanması və istehsalına BMT qətmanəsi ilə 2015-ci ildən tətbiq olunan, 2023-cü ilin oktyabrında müddəti bitən qadağanı götürməyəcəklər.

Qəzet bildirir ki, Avropa ölkələri İranın istehsal edəcəyi ballistik raketləri Rusiyaya satacağından da ehtiyat edirlər.

Qeyd edək ki, bundan əvvəl Reuters Avropa ölkələrinin ballistik raket istehsalına tətbiq edilən sanksiyanın aradan qaldırılmayacağı barədə İrana xəbərdarlıq ediblər.

Maraqlıdır ki, Rusiya Avropanın bu qərarından İrandan daha çox narahatdır. Rusiya rəsmiləri İranın bu məsələdəki mövqeyini “anlaşılmaz” hesab edirlər. Eyni zamanda Avropanı bununla İranla imzalanan nüvə anlaşmasını pozmaqda suçlamağa çalışırlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR