İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa HƏRƏKƏTƏ KEÇDİ: ordu TOPLANDı - Makronla Starmer Trampın görüşünə gedir, ABŞ Zelenskini HƏDƏLƏDİ 

ABŞ-Rusiya zirvəsindən sonra masadan kənarda qalan Avropa Ukraynaya 30 min əsgər göndərməyi planlaşdırır. Bu barədə Britaniyanın “Telegraph” qəzeti yazıb.

ABŞ-ın Rusiyaya qarşı hərəkətinə cavab olaraq Böyük Britaniya 30 min əsgərdən ibarət “Ukrayna sülhməramlı planı”nı həyata keçirməyi planlaşdırır. Qəzetin Qərb rəsmilərinə istinadən verdiyi məlumata görə, Böyük Britaniyanın baş naziri Starmer sözügedən planı ABŞ prezidenti Donald Trampa təqdim edəcək.

Rəsmi əlavə edib ki, atəşkəs razılaşmasına nəzarət etmək üçün yaradılacaq qüvvə “texniki monitorinq”ə, o cümlədən kəşfiyyat və müşahidə təyyarələrinə arxalanacaq və Rusiyanın istənilən hücumuna müdaxilə edəcək. Bu çərçivədə Starmer və Fransa prezidenti Emmanuel Makron gələn həftə Trampla görüşmək üçün ABŞ-a gedəcək.
Xatırladaq ki, Trampın Zelenskini “diktator” adlandırması və onun Ukraynada seçkilərə can atması Avropa və Ukraynanı ayağa qaldırıb. Avropa ölkələri Zelenskini dəstəkləyərək onu “Ukraynanın demokratik yolla seçilmiş lideri” kimi xarakterizə ediblər.

Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Verilişin qonağı hərbi ekspert Üzeyir Cəfərovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR