Onlayn ictimai-siyasi qəzet
Avropa Futbol Liqaları FİFA-nı məhkəməyə verəcək.
BAKU.WS-in xəbərinə görə, məlumatı məşhur jurnalist Kave Solkehol X sosial şəbəkəsindəki hesabında yazıb. Avropa liqaları bunu yüklənmiş təqvimə görə edəcəklərini bildiriblər. Məlumatda məhkəməyə müraciət edəcək liqaların konkret hansı ölkələrə aid olacaqları açıqlanmır.
Artıq FİFA-nın da açıqlaması özünü çox gözlətməyib. Ali futbol qurumu bəzi ölkələrin liqarının kommersiya maraqlarından çıxış edərək ikiüzlülük etdiklərini açıqlayıb.
Qeyd edək ki, FİFA dünyada əsas futbol təşkilatı sayılır. Qurumun mənzil-qərargahı İsveçrənin Sürix şəhərində yerləşir.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ