Onlayn ictimai-siyasi qəzet
Almaniyada təşkil olunan Avropa çempionatının İspaniya və İngiltərə komandaları arasında baş tutan final matçından sonra İspaniya yığmasının futbolçusu Lamin Yamal xüsusi mükafata layiq görülüb.
Musavat.com xəbər verir ki, o, AVRO-2024-ün ən yaxşı gənc oyunçusu seçilib.
Ötən gün 17 yaşını tamamlayan hücumçu AVRO-2024-də İspaniya millisinin keçirdiyi 7 oyunun hər birində meydana çıxıb. O bu oyunların 6-da start heyətdə yer alıb. Yalnız qrup mərhələsinin III turunda Albaniya ilə oyunda sonradan meydana çıxıb. Futbolçu ümumilikdə 507 dəqiqə meydanda olub və bu müddətdə 1 qola, 4 məhsuldar ötürməyə imza atıb. O, finalda məhsuldar ötürmə ilə yadda qalıb. Belə ki, 47-ci dəqiqədə məhz L.Yamalın ötürməsini komanda yoldaşı Niko Uilyams qola çevirib.
Qeyd edək ki, İspaniya yığması finalda İngiltərəni 2:1 hesabı ilə məğlubiyyətə uğradaraq 4-cü dəfə Avropa çempionu olub.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ