İnsanlara hürriyət, millətlərə istiqlal!

"Atom gücündə bomba yağdı, 1 milyondan çox insan..." - SON DƏQİQƏ

Oktyabrın 7-də HƏMAS-ın basqınından sonra İsrail Qəzzaya qarşı başlatdığı hücumda indiyədək 12 min tondan çox bombadan istifadə edib. Bu partlayıcıların ümumi gücü İkinci Dünya müharibəsinin son mərhələsində ABŞ-ın Xirosimaya atdığı atom bombasının gücünə uyğun gəlir.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Fələstin hökumətinin Qəzzadakı media ofisi açıqlayıb.

Açıqlamada Qəzzada 183 mindən çox evin zədələndiyi, hər kvadrat kilometrə 33 ton bomba düşdüyü bildirilib. Səhiyyə Nazirliyi hücumlar nəticəsində Qəzzada ölənlərin sayının 6 min 546-ya yüksəldiyini, 17 min 439 nəfərin yaralandığını açıqlayıb.

Bölgədə yaşayan 2,2 milyon əhalinin 1,4 milyonu evlərini tərk etmək məcburiyyətində qalıb. Birləşmiş Millətlər Təşkilatının (BMT) açıqlamasına görə, əksəriyyəti məktəb binaları olan və qəza sığınacağı kimi istifadə edilən təxminən 150 düşərgəyə 590 mindən çox insan sığınıb. Açıqlamada əhalinin tutumunun iki qatının bu yerlərdə yaşamağa çalışdığı bildirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR