Onlayn ictimai-siyasi qəzet
Ötən gün Qırğızıstanda atışma zamanı yaralanan boks üzrə milli komandanın məşqçisi Jıldızbek Niyazəliyev və vətəndaş S.E.-nin vəziyyəti ağırdır.
Musavat.com 24kq saytına istinadla xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, oktyabrın 10-da təcili yardım maşını ilə Bişkek səhiyyə təşkilatına daxil olan yaralılar reanimasiya şöbəsindədir, əməliyyatdan sonrakı vəziyyətləri ağır olaraq qalır.
Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir ki, yaralılardan biri bud nahiyəsindən, digəri döş qəfəsindən və qarın boşluğundan agüllə yarası alıb.
Xatırladaq ki, münaqişə paytaxtın 7-ci mikrorayonunda yerləşən boks zalında baş verib. Məşqçi Jıldızbek Niyazəliyevlə maddi planda ixtilafları olan Mukaş Irsəliyev məşq zalına gələrək iddialarını təqdim edib və sonra onun adına qeydiyyatda olan “Sayga” ov tüfəngi ilə qəsdən məşqçinin qarnına atəş açb. Bundan sonra təcavüzkar ikinci atəşin qarşısını almaq üçün araya girmək istəyən vətəndaş S.E.-ni ayağından güllələyib.
Mübarizə zamanı açılan təsadüfi atəş nəticəsində Mukaş Irsəliyev başından ölümcül yara alıb və hadisə yerində ölüb.
Bu fakt əsasında Bişkek şəhərinin Oktyabrski rayon polis idarəsinin istintaq xidməti Cinayət Məcəlləsinin 122-ci “Qəsdən adamöldürmə” maddəsi ilə cinayət işi açıb. Hadisənin bütün hallarının müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Boks zalı dünya çempionu, parlamentin sabiq deputatı Orzubek Nazarova məxsusdur. İlkin məlumatlara görə, Mukaş Irsəliyev bir müddət əvvəl istintaq təcridxanasını tərk edərək, ona qarşı yazdığı ifadəyə görə Jildizbek Niyazəliyevdən qisas almağa gəlib.
Məlumdur ki, Niyazəliyev bundan əvvəl “Dordoy” bazarında ona məxsus torpaq sahəsini dələduzluq yolu ilə ələ keçirmiş tanışının barəsində tədbir görülməsi xahişi ilə Dövlət Təhlükəsizlik Komitəsinə müraciət edib. Daha sonra təhlükəsizlik əməkdaşları məşhur boks hakimi, boks üzrə milli komandanın hakimlər kollegiyasının rəyasət heyətinin sədr müavini Mukaş Irsəliyevi saxlayıb və nəzarətə götürüblər.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ