İnsanlara hürriyət, millətlərə istiqlal!

ATƏT fəaliyyətdə olan sədrinin Cənubi Qafqaza səfəri ilə bağlı məlumat yayıb

ATƏT fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Raunun Gürcüstan, Azərbaycan və Ermənistana səfəri başa çatması ilə bağlı məlumat yayıb.

ATƏT-dən “Report”a bildirilib ki, səfərdə əsas diqqət mövcud təhlükəsizlik çağırışları və davamlı sülh istiqamətində səylər, o cümlədən ATƏT-lə Cənubi Qafqaz regionunda üç dövlət arasında əməkdaşlığın gücləndirilməsinə yönəlib. Rau səfəri zamanı Rusiyanın Ukraynaya hücumunun regiondakı təhlükəsizlik vəziyyətinə təsirini qeyd edib.

ATƏT sədri Gürcüstanda Prezident Salome Zurabişvili, Baş nazir İrakli Qaribaşvili, Baş nazirin müavini və xarici işlər naziri David Zalkaliani, Gürcüstan parlamenti sədrinin birinci müavini Corc Volski, hakim partiya və müxalifətdən olan digər parlamentarilərlə görüşüb. Tbilisidə keçirilən danışıqlarda Rau ATƏT-in Gürcüstanın daxili və xarici problemlərinin həllində dəstəyini qeyd edib.

ATƏT-in fəaliyyətdə olan sədri, həmçinin Tbilisinin Cənubi Qafqazda sülh proseslərində iştirakına görə tərəfdaşlara təşəkkür edib.

Təşkilatın fəaliyyətdə olan sədri daha sonra Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılmasına dair diplomatik təşəbbüsü alqışlayıb və bu prosesin regionda sabitliyin yaxşılaşdırılmasına kömək edə biləcəyini vurğulayıb.

ATƏT fəaliyyətdə olan sədrinin Azərbaycana səfərinin məhsuldar olduğunu qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR