İnsanlara hürriyət, millətlərə istiqlal!

ATƏT Ermənistana göndərilən qrupun qanunsuz olduğunu etiraf etdi - deputatdan ilginc açıqlama

ATƏT Ermənistana göndərilən “ATƏT-in ehtiyacların qiymətləndirilməsi heyəti” adlandırdıqları qrupun qanunsuz olduğunu etiraf etdi. APA-nın təşkilata ünvanladığı suala cavab olaraq ATƏT beynəlxalq katibliyi oktyabrda Ermənistana göndərilən və ilkin olaraq “ATƏT-in ehtiyacların qiymətləndirilməsi heyəti” adlandırdıqları qrupun təşkilatla əlaqəsi olmadığını bildirib.

Katiblik rəsmi şəkildə təsdiq edib ki, qrupun Ermənistana göndərilməsi barədə qərar ATƏT-in müvafiq qərarverici orqanı olan Daimi Şurası və ya ATƏT-in katibliyi tərəfindən deyil, fəaliyyətdə olan polşalı sədrin şəxsi təşəbbüsü ilə verilib. Ona görə də qrup ATƏT-in mandatına malik deyil, habelə, onlar üçün ATƏT-in büdcəsindən hər hansı bir vəsait xərclənməyib. Heyətin xərcləri büdcədənkənar vəsaitlər hesabına ATƏT-in bəzi iştirakçı dövlətləri tərəfindən fərdi şəkildə ödəndiyi diqqətə çatdırılıb.

Bundan başqa ATƏT sözügedən qrupun göndərilməsi barədə elanı rəsmi internet səhifəsindən çıxarıb.

Hazırda ATƏT-ə sədrlik edən Polşanın xarici işlər naziri Zbiqnev Raunun belə bir qərarı özbaşına və qanunsuz olaraq verməsi təəssüf doğurur.

Görünür Azərbaycan Baş Prokurorluğu tərəfindən müharibə cinayəti törətmiş və barəsində cinayət işi açılmış Araik kimi canini həvəslə Parisə dəvət edən Fransa kimi riyakar və ikiüzlü ölkələrin təzyiqinə boyun əyən Polşa ATƏT-in qərar qəbulunda tətbiq olunan konsensus prinsipini pozmaqdan və qurumun nüfuzuna ciddi zərbə olan bu addımı atmaqdan çəkinməyib.

Azərbaycanın prinsipal mövqeyini və davamlı etirazlarını, nəhayət, nəzərə alan ATƏT gec də olsa, səhvini düzəltdi və qurumun tarixinə mənfi presedent kimi yazılacaq belə bir təcrübənin gələcək də təkrarlanmaması üçün müəyyən addım atdı.

Ümid edək ki, 22 gündən sonra, yəni, 2023-cü ilin yanvarın 1-dən etibarən ATƏT-ə sədrlik edəcək Şimali Makedoniya təşkilatın təməl prinsiplərinə və kollektiv şəkildə razılaşdırılan qərar qəbuletmə qaydalarına sadiq qalacaq.

Azay Quliyev, millət vəkili
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR