Onlayn ictimai-siyasi qəzet
Aşura günü ilə əlaqədar Suraxanı rayonu Qaraçuxur qəsəbəsində qanvermə aksiyası keçirilib.
Aksiyada Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev və İcra Hakimiyyəti Aparatının əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edib. Hər bir donorun sağlamlığı həkim-hematoloqlar tərəfindən öncədən yoxlanılmış və tibbi müayinədən sonra qan götürülmüşdür.
Qana ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunması məqsədilə təşkil olunmuş və artıq ənənə halını almış bu humanist aksiyada iştirak edən hər kəsə İcra Hakimiyyəti adından minnətdarlığımızı bildiririk.
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ