Onlayn ictimai-siyasi qəzet
Son bir neçə ildir ki, Xəzər dənizinin suyunun azalması cənub rayonlarında da müşahidə olunur. Astarada dəniz təqribən 20-25 metr məsafədə geri çəkilib. Bu səbəbdən də rayonun park-bulvar kompleksinin ərazisində bulvarla dəniz arasında quru sahə yaranıb.
Dəniz geri çəkildiyinindən bu ərazilərdə illər öncə subasma nəticəsində məhv olmuş bəzi bitki növlərinin yenidən əmələ gəldiyi müşahidə edilir.
Yerli sakinlərin sözlərinə görə, Astara Dənizkənarı Bulvarı tikilməmişdən əvvəl burada xüsusi qurğular və daşlar quraşdırılmışdı ki, bulvar hazır olandan sonra su bu hissəyə daxil olmasın. İndi isə həmin istehkamlara ehtiyac qalmayıb və Xəzər dənizi geri çəkilib.
Mütəxəssislər bunun yaxşı hal olmadığını qeyd edir.
O da bildirilib ki, mövcud vəziyyət Xəzərin dib relyefinin seysmikliyi ilə sıx bağlıdır. Müxtəlif illərdə müşahidə olunan kəskin azalmalar sonradan dənizdə suyun səviyyəsinin artması ilə əvəzlənib. Dəniznin bu qədər çəkilməsi də müvəqqəti xarakter daşıya bilər.
Ətraflı Baku TV-nin süjetində:
24 Dekabr 2024
23 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ