İnsanlara hürriyət, millətlərə istiqlal!

Aslanyan həbs olundu

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi bu gün keçirilən iclasda Vanadzorun keçmiş meri Mamikon Aslanyanı təqsirli bilib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Serj Sərkisyana yaxınlığı ilə bilinən Aslanyan 4 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə ona 500 min dram pul cəzası da verib. Eyni zamanda, Aslanyana 3 il müddətinə dövlət vəzifələrində işləmək qadağan edilib.

Qeyd olunur ki, Mamikon Aslanyan hazırda 10 milyon dram məbləğində zaminə buraxılıb. O, Vanadzorun meri vəzifəsində çalışarkən torpaq sahələrini qanunsuz olaraq özgəninkiləşdirməkdə ittiham olunur. Sabiq mer məhkəməni siyasi təqib hesab edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR