Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Hatay vilayətində baş verən dəhşətli ailə faciəsinin baş qəhrəmanı olan yanğınsöndürən Ramazan Karslı həbsxanada intihar edib.
Musavat.com xəbər verir ki, Ramazan Karslı iyulun 2-də Yayladağı rayonunda yaşadığı evdə arvadı Suna Karslı və 3 övladı ilə birlikdə olub.
Hadisə gecə saatlarında baş verib: evdə güclü yanğın başlayıb və alovlar içərisindən yalnız Ramazan Karslı xilas edilib. Hadisə yerinə gələn yanğınsöndürənlər isə R.Karslının həmkarları olub.
İlkin istintaq nəticəsində evin içəridən qapadıldığı və yanğının şübhəli şəkildə başladığı müəyyən edilib. Ramazan Karslı xəstəxanadakı müalicəsi bitdikdən sonra saxlanılıb və ailəsini öldürməkdə ittiham olunaraq həbs edilib.
Hadisənin istintaqı zamanı müəyyən olunub ki, Karslı əvvəlcə həyat yoldaşı Suna və 3 uşağını öldürüb, sonra isə evi yandıraraq izləri itirməyə çalışıb.
Adana Qapan Cəzaevinə yerləşdirilən Ramazan Karslı bu gün səhər saatlarında kamerada özünü asaraq həyatına son qoyub.
Hadisə ilə bağlı prokurorluq təhqiqat aparır.
Musavat.com
22 Iyul 2025
21 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ