Onlayn ictimai-siyasi qəzet
“Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıçın sərhəddə görüşü razılaşdırılmış siyasi tamaşadır”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu yerli ekspert, keçmiş deputat Arman Abovyan deyib.
“Türkiyə dəfələrlə bəyan edib ki, Ermənistan Azərbaycan prezidentinin bütün tələblərini yerinə yetirməyincə sərhədlər açılmayacaq. Azərbaycanın tələbləri əslində Türkiyənin də tələbidir. Bununla yanaşı, Azərbaycan tərəfi Türkiyənin təklifi ilə öz tələblərini fəal şəkildə gücləndirir.
Mövcud məlumatlara görə, Azərbaycan yeni ərazi iddiaları irəli sürməyə başlayıb. Bu, təəccüblü deyil, çünki hökumət “ərazi bütövlüyünü və suverenliyi qorumaq” adı altında Ermənistanın bütün ərazisini şübhə altına alıb. Ən azı onların addımlarının məntiqi bunu sübut edir”, - deyə revanşist Abovyan bildirib.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ