Onlayn ictimai-siyasi qəzet
Baş nazir Nikol Paşinyan velosiped sürməklə Ermənistan əhalisinə aydın mesaj verir: region partlayıcı vəziyyətdədir, amma heç nə bizdən asılı deyil, ona görə də bizə ayrılan vaxtı əylənmək üçün istifadə edirik.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu keçmiş deputat, yerli siyasi şərhçi Arman Abovyan deyib.
Onun sözlərinə görə, Ermənistan ictimaiyyəti daimi depressiya vəziyyətindədir. Bu isə gəlcəyə əminliyin olmaması və təhlükəsizlik hissinin itməsi ilə əlaqədardır.
“Hakimiyyət əslində nə edir? Hakimiyyət təhdidlər yaradır: onlar strateji yüksəklikləri təslim edir, bunu demarkasiya və delimitasiya adlandırırlar; Konstitusiyanın dəyişdirilməsi üçün zəmin hazırlayırlar, əslində isə “Qərbi” Azərbaycan” adlı yeni Konstitusiyanı qəbul etməyi düşünürlər”,-deyə o, bildirib.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ