İnsanlara hürriyət, millətlərə istiqlal!

Ararat Mirzoyan Türkiyə ilə sərhədlərin açılmasından DANIŞDI

“Ermənistan-Türkiyə sərhədinin başqa ölkələrin vətəndaşları üçün açılması ilə bağlı tezliklə yaxşı xəbər olacaq”.

Musavat.com report-a istindən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə bildirib.

Onun sözlərinə görə, Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi İrəvan üçün çox vacibdir.

A.Mirzoyan Tehranda Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşdüyünü, danışıqlar üçün iki ölkənin xüsusi nümayəndələrinin olduğunu da xatırladıb: “Ermənistan-Türkiyə münasibətlərinin normallaşması istiqamətində danışıqlar gedir. Mən nikbinliyimi bildirmək istəyirəm. Çünki Ermənistanla Türkiyə arasında dövlətlərarası quru sərhədinin xüsusi qrup insan üçün açılmasından bəhs edən sazişimiz barədə yaxın gələcəkdə yaxşı xəbərlər ola bilər”.

XİN başçısı vurğulayıb ki, Ermənistan 4 qonşusu (Azərbaycan, Gürcüstan, Türkiyə və İranı nəzərdə tutur-red.) ilə müntəzəm münasibətlərdə maraqlıdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR