Onlayn ictimai-siyasi qəzet
Ermənistanla Qərb arasında münasibətlərin yaxınlaşması ilə bağlı İrandan heç bir mənfi reaksiya eşitməmişik.
Musavat.com xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ötən gün, aprelin 6-da İctimai Televiziya Şirkətinin efirində deyib. Müxbir ondan Ermənistan - Qərb yaxınlaşmasında anti-İran komponentinin olub-olmamasını soruşub.
“Bizim İranla həqiqətən çox yaxşı, dostluq münasibətlərimiz var, demək olar ki, bütün sektorlarla səmərəli dialoqumuz var, müntəzəm təmasdayıq və heç bir anlaşılmazlıq yoxdur. 5 aprel görüşü ilə bağlı İrandan heç bir mənfi reaksiya eşitməmişik”.
Mirzoyanın sözlərinə görə, Ermənistan tərəfi sülh müqaviləsi layihəsinə ərazi bütövlüyünün tanınması və delimitasiyası kontekstində 1991-ci il Alma-Ata Bəyannaməsinə istinadən daxil edilməsinə cəhd edəndə Azərbaycanın istəksizliyini görür.
Musavat.com
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ