İnsanlara hürriyət, millətlərə istiqlal!

Araqçi İrəvanda Trampın məktubundan DANIŞDI

İran ABŞ prezidenti Donald Trampın məktubuna hələlik cavab verməyib.

Musavat.com xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçi erməni həmkarı Ararat Mirzoyanla birlikdə keçirilən brifinqdə deyib.

“Biz hələ ABŞ prezidentinin məktubuna cavab verməmişik. Bu cavab hazırlanır və yaxın vaxtlarda müvafiq kanallar və uyğun formada təqdim olunacaq”, - deyə Araqçı bildirib.

Qeyd edək ki, martın 7-də Donald Tramp "Truth Social" platformasında paylaşım edərək İranın ali lideri Əli Xameneiə Tehranla nüvə proqramına dair danışıqlar aparmaq təklifini ehtiva edən məktub göndərdiyini bildirib. İran lideri isə buna cavab olaraq ABŞ-la dialoq aparmayacaqlarını bəyan edib, çünki Vaşinqtonun yalnız öz maraqlarını düşündüyünü qeyd edib. Martın 12-də Xamenei Trampın danışıqlara hazır olması barədə açıqlamalarını “dünya ictimaiyyətini aldatmaq” kimi qiymətləndirib.

Martın 19-da "Axios" portalı məlumat yayıb ki, ABŞ prezidenti Donald Tramp məktubunda Tehrana İranın nüvə proqramına dair yeni razılaşma bağlaması üçün iki ay vaxt verdiyini bildirib. Xamenei isə cavabında ABŞ-ı xəbərdar edərək, İrana zərər verməyə çalışan hər kəsin “sarsıdıcı sillə” ilə cavab alacağını bəyan edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Mart 2025

25 Mart 2025

BÜTÜN XƏBƏRLƏR