İnsanlara hürriyət, millətlərə istiqlal!

Aralıq dənizində 3 tanker partladı- Sensasiya

Son bir ay ərzində Aralıq dənizində üç müxtəlif tankerdə səbəbi hələlik bilinməyən partlayışlar qeydə alınıb.

Musavat.com "Reuters"ə istinadən xəbər verir ki, sonuncu hadisə fevralın 15-də baş verib – Yunanıstana məxsus "Seajewel" tankerində iki partlayış olub, onlardan biri gəminin gövdəsində metrlik dəlik açıb. Hadisə İtaliya limanında baş verdiyi üçün ölkənin prokurorluğu araşdırmaya başlayıb.

Bundan əvvəl, yanvarın sonunda eyni yunan şirkətinə məxsus başqa bir tanker Türkiyə sahillərində partlayış nəticəsində zədələnib. Üçüncü hadisə isə fevralda Liviyanın sahillərində baş verib – Kiprə məxsus "Grace Ferrum" tankeri partlayışdan sonra ciddi zərər görüb və xilasetmə əməliyyatına ehtiyac yaranıb.

Zərərçəkmiş tankerlərin operator şirkətləri məsələyə münasibət bildirməkdən imtina ediblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR