İnsanlara hürriyət, millətlərə istiqlal!

Aral, Xəzər və Qara dəniz vahid hövzəyə çevriləcək – Qorxunc xəbərdarlıq

Antarktidada buzların sabit və geniş miqyaslı əriməsi fonunda Yer kürəsi gələcəkdə yeni “Dünya daşqını” ilə üzləşəcək.

Musavat.com yazır ki, bu nəticəyə Harvard klimatoloqları gəliblər.

Alimlər qeyd ediblər ki, planetdə orta temperatur yüksəlməkdə davam edir. Bu baxımdan, Arktika və Antarktidadakı buzlaqlar tədricən əriyir və bu, bütövlükdə planetdə buzun qalmayacağına gətirib çıxaracaq. Onların hesablamalarına görə, bu, 2500-cü ilə qədər dünya okeanının səviyyəsinin indiki ilə müqayisədə 19,5 m yüksəlməsinə və Yer kürəsinin bir çox sahilyanı və dəniz səviyyəsindən aşağıda yerləşən ərazilərinin su altında qalmasına səbəb olacaq.

O cümlədən Krım adaya, Aral, Xəzər və Qara dəniz vahid su hövzəsinə çevriləcək, Həştərxan və Sankt-Peterburq sular altında qalacaq.
Kədərli tale ilk növbədə Amsterdam, Bəsrə, Yeni Orlean, Venesiya, Ho Şi Min (Sayqon) və Kəlküttəni təhdid edir: Onlar ilk olaraq suyun altında qalacaqlar.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR