İnsanlara hürriyət, millətlərə istiqlal!

AP agentliyi Ağ Evi konstitusiyasını pozmaqda ittiham edib

ABŞ-də fəaliyyət göstərən “Assoşieyted Press” (AP) agentliyinin jurnalistləri bildiriblər ki, ABŞ administrasiyası fikirlərin sərbəst dərcinə mane olmaqla konstitusiyanı pozur.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, jurnalistlərin bu iddiasına səbəb Ağ Ev əməkdaşlarının ABŞ prezidenti Donald Trampın təyyarəsinə akkreditə olunmuş AP müxbiri və fotoqrafını prezidentin audensiyasına buraxmaması olub. İmtina səbəbi agentliyin Meksika körfəzini “Amerika körfəzi” adlandırmaq istəməməsi olub.

"Jurnalistlər administrasiyanın hərəkətlərinin ABŞ Konstitusiyasının 1-ci düzəlişinin pozulması, hökumətin xəbər təşkilatının cavab hədəsi altında nə dərc etməli olduğunu diktə etmək cəhdi olduğunu deyirlər", - AP-nin hesabatında deyilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Mart 2025

03 Mart 2025

BÜTÜN XƏBƏRLƏR