İnsanlara hürriyət, millətlərə istiqlal!

Antalyadan Yunanıstana qədər uzanan KÖRPÜ

Türkiyənin nəqliyyat  infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib ki, son 23 ildə ölkədə 488 kilometr uzunluğunda 4 min 75 yeni körpü tikilib.

Musavat.com xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb. 

Onun sözlərinə görə, bununla da ölkədəki körpülərin sayı 10 min 42-yə, ümumi uzunluğu isə 799 kilometrə çatdırılıb.

Nazir qeyd edib ki, bu məsafə turizm mərkəzi Antalya ilə Yunanıstan sərhədinə qədər olan məsafəyə bərabərdir.

2002-ci ildə Türkiyədə cəmi 311 kilometr uzunluğunda 5 min 967 körpünün olduğunu xatırladan nazir, bu gün həmin göstəricilərin ikiqatdan çox artdığını vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 May 2025

BÜTÜN XƏBƏRLƏR