İnsanlara hürriyət, millətlərə istiqlal!

Anna Akopyan Qarakilsəyə gedib

Ermənistanın baş nazirinin xanımı Anna Akopyan Zəngəzur mahalında olub.

Musavat.com erməni mediasına istinadən bildirir ki, Akopyan “Festivar” konsert proqramında iştirak edib.

Növbəti gün o, Qarakilsə şəhərinin Bununis kəndində olub, qonaq evinin açılışında iştirak edib, həmçinin rəqs qrupu ilə erməni xalq rəqsi “şurj-par”ı (hərfi mənada, dairəvi rəqs – red.) oynayıb, ictimaiyyətlə görüşüb. Bildirilir ki, o, 2010-cu ildə ölən əsgərin evinə baş çəkib.

Akopyan “Bnunisin yeni turist ünvanı var: “Edqarın evi”. Edgar's House qonaq evi bu gün öz qapılarını qonaqların üzünə açdı” sözlərini yazıb və fotolarını yayımlayıb.

Bildirilir ki, qonaq evinin tikintisi 44 günlük müharibə zamanı ölən Edqar Marqryanın arzusu olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR