İnsanlara hürriyət, millətlərə istiqlal!

Anna Akopyan Ermənistanın növbəti baş naziri olacaq?

Ermənistanda növbəti seçkilərdə hakim partiyanın siyahısına baş nazirin xanımı Anna Akopyanın başçılıq edəcəyi danışılır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti yazır.

“Onun hiperaktivliyini izah edən məqam məhz budur. Hökumətdə onun ofisi, işçi heyəti və PR komandası var. O, nəinki yerli və xarici qonaqları qəbul edir, müxtəlif tədbirlər təşkil edir, həm də heç bir vəzifəsi olmadan dövlətin kadr siyasətini özü həll edir. Hakim partiyanın üzvlərinin sözlərinə görə, son kadr dəyişiklikləri də Anna Akopyanın ssenarisinə uyğun aparılıb. Ancaq bir şeyi nəzərə almadılar: Akopyanın antireytinqi Nikol Paşinyanınkından daha yüksəkdir”, - deyə “Hraparak” qeyd edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR