İnsanlara hürriyət, millətlərə istiqlal!

Ankarada qadınlara hücum edən 3 polis əməkdaşı həbs edilib

Ankarada 3 polis işçisinin saxlandığı barədə məlumat verilib. Saxlananlardan biri bazar gözətçisi, ikisi  polis işçisidir. Onlara əyləncə məkanının qarşıısnda qadınlara əvvəlcə şifahi şəkildə "ilişiblər", daha sonra fiziki təmasa keçiblər və havaya atəş açıblar.

Musavat.com Türkiyə mediasında istinadla xəbər verir ki, Ankara Polis İdarəsinin sosial media hesabından edilən açıqlamada belə deyilir:

 “24 avqust 2023-cü il saat 06:30 radələrində hadisə yerinə gedən polis qrupları yoldan keçən qadınlara hücum edən mülki geyimli sərxoş polis işçilərini saxlayıblar".

Xəbər verilir ki, həmin asayiş keşikçiləri ilə bağlı hüquqi və inzibati araşdırmalara başlanılacaq, onların fəaliyyəti müvəqqəti dayandırılacaq, işləri məhkəməyə göndəriləcək”.

Daha sonra məlumat verilib ki, polis işçilərinin qadınlara müdaxiləsi, onları və haraya gələnləri döyməsi qanun pozuntusu hesab edilib və onlar aparıldıqları ədliyyə şöbəsində həbs ediliblər. 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR