Onlayn ictimai-siyasi qəzet
Ankara Türkiyə və Ermənistandan olan normallaşma nümayəndələrinin görüşündən imtina edib.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri diplomatik mənbəyə istinadən yazırlar.
Erməni mənbələri iddia edirlər ki, Ankara fikrini dəyişərək Türkiyə və Ermənistan nümayəndələri arasında iyulun 2-nə planlaşdırılan görüşdən imtina edib.
Sitat: “Son anda Türkiyə tərəfi görüşdən imtina etdi. Qərarın rəsmi səbəbləri göstərilməyib”.
Azərbaycanın siyasi çevrələrində də məlumat yayılmışdı ki, ABŞ-ın təklifi ilə Ankara ilə İrəvan arasında normallaşma istiqamətində şərtsiz danışıqlar başlasın və iki ölkə arasında sərhədlər tezliklə açılsın. Həm də bunu Azərbaycanla sülh müqaviləsi prosesindən ayıraraq, sırf Ermənistan - Türkiyə müstəvisində həyata keçirsinlər. Artıq Ermənistan rəhbərliyi açıq şəkildə bəyan edirdi ki, Türkiyə ilə münasibətlərin normallaşmasını Azərbaycanla aparılan sülh müqaviləsi prosesindən ayırmaq lazımdır.
Görünən budur ki, Türkiyə bu təxribata getmədi və 2009-cu ilin məşhur "Sürix protokolları" planının yeni fazada təkrarı bu dəfə də alınmadı. Türkiyənin hər zaman dediyi kimi, Ermənistan öncə Azərbaycanla münasibətləri tənzimləməli, sülh müqaviləsi üçün bütün şərtləri yerinə yetirməli, daha sonra Türkiyə ilə normallaşma və sərhədlərin açılması baş verməlidir.
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ