İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus qoşunları Ermənistandan ÇIXARILIR? - Badalyandan AÇIQLAMA

Rusiya qoşunlarının Ermənistanda olması ikitərəfli məsələdir və avqustun 8-də Vaşinqtonda İrəvanla Bakı arasında paraflanan sülh sazişi ilə heç bir əlaqəsi yoxdur.

Musavat.com xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan "PassBlue" telekanalına müsahibəsində bildirib.

“Bu, Rusiya ilə ikitərəfli müqavilə ilə tənzimlənir, ona görə də parafladığımız sülh sazişinə şamil edilmir”, - deyə Badalyan bildirib.

Beləliklə, Ermənistan XİN nümayəndəsi Azərbaycanın sülh sazişi imzalamasından sonra Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) sərhədçilərinin Ermənistan-İran sərhədindən çıxarılması ilə bağlı məsələyə münasibətini açıqlayıb.

Qeyd edək ki, 1992-ci il sentyabrın 30-da Ermənistan və Rusiya arasında “Rusiya Federasiyasının Ermənistan Respublikasının ərazisində yerləşən Sərhəd Qoşunlarının statusu və onların fəaliyyət şəraiti haqqında” dövlətlərarası saziş imzalanıb. Sənədə əsasən, Rusiya hərbi qulluqçuları Ermənistanın Türkiyə ilə 345 kilometr, İranla isə 45 kilometr sərhədini qoruyacaq.

2024-cü ilin yayından etibarən Rusiya sərhədçiləri mərhələli şəkildə bütün Ermənistan keçid məntəqələrindən çıxarılıb və hazırda sərhəd mühafizəsi vəzifələrini yalnız keçid məntəqəsi əməliyyatlarında iştirak etmədən yerinə yetirməkdə davam edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2025

04 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR