Onlayn ictimai-siyasi qəzet
“Ruben Vardanyan guya nəyisə üzə çıxarıb. İnsanlar qadağan olunmuş yerdə kölgə fəaliyyətləri həyata keçirəndə,bu o deməkdir ki, belə bir mühitdə çoxlu ciddi təhlükəsizlik problemləri var”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik daimi komitəsinin üzvü, hakim “Vətəndaş sazişi” partiyasından deputat Andranik Köçəryan tərəfindən səslənib.
İndi bəzi qüvvələr Araik Arutyunyanı nəyəsə məcbur etmək istəyirlər. Mən əminəm ki, Ruben Vardanyan da onlardan biridir. Amma mən başa düşmək istərdim ki, bu Ruben Vardanyan kimi təmsil edir? Onun fəaliyyəti anlaşılmazdır”,-deyə Koçaryan bildirib.
Koçaryanın sözlərinə görə, Vardanyan artıq çoxdandır “dövlət naziri” vəzifəsində deyil (separatçı qondarma və oyuncaq rejimdə-red.) və hazırda qeyri-müəyyən statusla müxtəlif görüşlərdə iştirak edir.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ