Onlayn ictimai-siyasi qəzet
"Sənətçiyəmsə, ilk növbədə bir nümunəyəm. Danışığım, davranışım, ifam, fiziki görünüşüm bir örnəkdir. Baxsam ki, insanlara pis örnək oluram, o gün özümü bağışlamaram, səhnədə bir gün qalmaram. 10 yaşımdan qarışqa kimi çalışan bir insanam. Amma yenə də özümə tənbəl deyirəm. Daha çoxunu edə bilərəm. Həmişə buna görə özümü tənqid edirəm".
Bu sözləri müğənni Zamiq Hüseynov "Qapqara" yutub layihəsində deyib.
Sənətçi uşaqlıq illərində müğənni olmaq arzusuna görə ələ salındığını bildirib:
"Çox xoşbəxtəm ki, sıfırdan bu pilləyə gəlmişəm. 11 yaşımda gedib başqa yerlərdən nəsə alırdım və gətirib satırdım. Gecə məhəlləyə gələndə uşaqlar məni ələ salırdılar ki, "Müğənni gəldi". Uşaqlıqda da çox dəcəl olmuşam. Birinci sinifdən 8-ə qədər çox davakar olmuşam. Musiqi ilə məşğul olandan sonra dəyişməyə başladım".
Zamiq illər əvvəl yaşadığı yataqxananın yanında mərhum reper Anar Nağılbazla qarşılaşmasından da danışıb:
"Bir gün qaldığım yataqxananın arxa tərəfində maşını saxlamışdım. Rəhmətlik Anar Nağılbaz da oraya yaxın binada qalırdı. Bir gün məni görəndə soruşdu ki, "Sən burada nə edirsən?". Utandım deyim ki, burada yaşayıram. "Qohumlarım burada qalır, onlara baş çəkməyə gəlmişəm" cavabını verdim. Halbuki "Uçduq" mahnısı da, populyarlığım da elə orada yaranmışdı". (Axşam.az)
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ