İnsanlara hürriyət, millətlərə istiqlal!

Anar Əsədlinin ölkədən çıxışına “STOP” qoyuldu - 2 nəfərin 160 min dollarını mənimsəyib

Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədlinin ölkədən çıxışı məhdudlaşdırılıb.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən Musavat.com-a verilən məlumata görə, A.Əsədlinin barəsində tətbiq olunan bu qərara səbəb iki vətəndaşın dələduzluqla bağlı nazirliyə etdikləri şikayətdir.

Belə ki, partiya rəhbəri yalan vədlər verərək onların birindən 150 min, digərindən isə 10 min ABŞ dolları pullarını alaraq mənimsəyib:

"Hazırda hər iki müraciətlə bağlı Daxili İşlər Nazirliyində araşdırma aparılır. Anar Əsədlinin ölkəni tərk etməsinə qoyulan məhdudiyyət də məhz bu araşdırmalarla əlaqədardır".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR