Onlayn ictimai-siyasi qəzet
Füzulidə ANAMA əməkdaşı nişanlısı ilə birlikdə avtomobillə kanala düşüb.
Musavat.com bildirir ki, qafqazinfo-nun məlumatına görə Balaşov Famil Adil oğlu idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı kanala düşüb.
Nəticədə sürücü F.Balaşov və avtomobildə olan onun nişanlısı Aysel Səfərova müxtəlif dərəcəli xəsarət alıb. Hadisə yerinə FHN-nin Füzuli rayon yanğınsöndürən bölməsinin xilasediciləri cəlb edilib.
Onlar sudan çıxarılaraq, Füzuli Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlkin yardım göstərilərək ambulator müalicə üçün hər iki şəxs evə buraxılıb.
F.Balaşovun ANAMA əməkdaşı olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
***
Füzulidə minik avtomobili suvarma kanalına düşüb, iki nəfər xəsarət alıb.
Musavat.com-un Qarabağ bürosunun xəbərinə görə, Balaşov Famil Adil oğlunun idarə etdiyi "VAZ" 2106 markalı avtomobil yol kənarındakı suvarma kanalına düşüb.
Qəza nəticəsində sürücü F.Balaşov və avtomobildə olan sərnişin Aysel Səfərova müxtəlif dərəcəli xəsarət alıb.
Hadisə yerinə FHN-nin Füzuli rayon Yanğından Mühafizə Hissəsinin xilasediciləri cəlb edilib. Yaralılar Füzuli Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Qəza törədən F.Balaşovun ANAMA əməkdaşı olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
13 Iyul 2025
12 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ