Onlayn ictimai-siyasi qəzet
Astarada ana və qızı bədbəxt hadisə nəticəsində ölüb.
APA xəbər verir ki, hadisə rayonun Penser kəndində baş verib.Kənd sakini 1966-cı il təvəllüdlü Nazənin Cəmil qızı Şükürova və anası, 1944-cü il təvəllüdlü Tahirə Şirəli qızı Əliyeva hamamda dəm qazından boğularaq ölüblər. Məlumata görə hadisə vanna otağında baş verib.
Qeyd edək ki, hər iki şəxs kənd məktəbində müəllim işləyib.
Faktla bağlı araşdırma aparılır.
29 Aprel 2025
28 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ