Onlayn ictimai-siyasi qəzet
Xəbər verildiyi kimi, AMİP sədri Arzuxan Əlizadə və AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev 7-10 iyun tarixlərində Avropa parlamentinə keçirilən seçkiləri izləmək məqsədilə İsveçin paytaxtl Stokholmda səfərdə olublar. Səfər İsveçin hazırda hakimiyyətdə olan Moderat partiyasının dəvəti ilə baş tutub.
Partiyanın Mətbuat Xidmətindən Musavat.com-a verilən məlumata görə, səfər çərçivəsində AMİP nümayəndə heyəti ilə İsveçin Xarici işlər naziri Tobias Bilström də daxil olmaqla Moderat partiyasının rəhbərliyində təmsil olunan yetkililər, o cümlədən İsveç parlementinin və Avropa parlamentinin Moderat partiyasından olan deputatları ilə görüşlər keçirilib, gələcək əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
İyunun 9-da Moderat partiyasının Seçki Qərərgahında İsveçin Baş naziri Ulf Kristersson başda olmaqla bir çox hökumət və parlamentüzvlərinin də qatıldığı seçki gecəsi tədbirində bütünlükdə Avropa İttifaqı üzrə Avropa parlamentinə seçkilərin nəticələri canlı izlənilib.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ