İnsanlara hürriyət, millətlərə istiqlal!

“AMİP Cənubi Qafqaz regionunda BDİ nin önəmli tərəfdaşıdır” – Stefen Harper

Beynəlxalq Demorat İttifaqının sədri, Kanadanın 22-ci Baş Naziri Stefan C. Harperin Azərbaycan Milli İstiqlal Partiyasının 30 illik Yubiliey tədbirinə göndərdiyi rəsmi təbriki:

Hörmətli cənab Etibar Məmmədov,

Beynəlxalq Demokrat İttifaqının sədri olaraq Azərbaycan Milli İstiqlal Partiyasının 30 illik yubileyi münasibəti ilə bütün tədbir iştirakçılarını və partiya üzvlərini salamlayır və onlara ən xoş arzularımı çatdırmaq istərdim. BDİ dünyanın sağ mərkəz, Xristian-Demokrat və konsetvativ partiyalarının aparıcı assosiasiyasıdır. Bizim təşkilat dünyanın konservativ partiyalarını bir yerə toplamaq, birgə paylaşılan azadlıq və demokratiya dəyərlərini dəstəkləmək məqsədilə yaradılmışdır. AMİP Sovetlər İttifaqı dağılandan sonra Azərbaycanda yaradılmış ilk siyasi partiyadır. AMİP-ilk beynəlxalq əlaqələri BDİ ilə qurmuşdur. Belə ki, AMİP BDİ ilə 1996 cı ildən əməkdaşlıq edir, və 1999 cu ildən BDİ nin tam hüquqlu üzvüdür. Sağ mərkəz ideyalarının müdafiəçisi olaraq AMİP həm Azərbaycanda həm də beynəlxalq təşkilatlarda aparıcı səsə malik partiya kimi tanınır. Yaşam şərtlərimizin sürətlə dəyişməsi fonuna və yeni təhlükələrin yaranmasına qarşı olaraq regionda güvənli və etibarlı tərəfdaşlara malik olmaq çox önəmlidir. AMİP Cənubi Qafqaz regionunda BDİ nin önəmli tərəfdaşıdır.

Bir daha Sizdən AMİP in 30 illik yubileyi münasibətilə AMİP üzvlərinə ən xoş arzularımı və təbriklərimi çatdırmağınızı xahiş edirəm. Biz sizlərə gələcək siyasi fəaliyyətinizdə davamlı uğur arzulayır, ümid edirik ki, AMİP beynəlxalq şəbəkəmizi daha da gücləndirmək və genişləndirmək üçün kostruktiv və davamlı töhfələr verəcəkdir.

Ən xoş arzularla,

Stefen C. Harper

Beynəkxalq Demokrat İttifaqının sədri,

Kanadanın 22 ci Baş Naziri

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR