İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerikan qonaqlar erməni vandalizmindən heyrətləndilər-fotolar

ABŞ-ın Yuta ştatından olan nümayəndə heyətinin üzvləri noyabrın 17-də Milli Məclisdə oldular. Nümayəndə heyətinin ölkəmizə səfərində təşkilatçılardan olan Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədlinin də müşayiət etdiyi heyət üzvlərinin Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovla görüşü nəzərdə tutulurdu.

Fürsətdən istifadə edib Milli Məclisdə akkreditə olunan jurnalistlər olaraq amerikanlarla birgə foto çəkdirmək istəyimizi dedik. Hörmətli Yadigar Məmmədli bu təklifimizi qonaqlara çatdıranda məmnunluqla qarşılandı. Foto yerini də təklif etdik: Milli Məclisin foyesində iki həftə öncə açılışı olmuş Vətən Müharibəsinə həsr olunmuş guşənin qarşısı. Birgə foto çəkilişindən sonra isə parlament sədrinin təşəbbüsü ilə xatirə guşəsinin yaradılmasında məqsəd-məramın nədən ibarət olduğunu söylədik. Qonaqlara 44 günlük müharibədə şəhid olmuş qəhrəmanlarımızın adlarının yazıldığı lövhələri, erməni vandalizminə məruz qalmış əraziləri əks etdirən şəkilləri göstərdik, digər elementlərdən bəhs etdik. Ermənistanın təcavüzü nəticəsində Füzulidə “sağ qalmış” Mədəniyyət Sarayının tək divarını, Ağdamdakı Çörək Muzeyinin dağılmış fotosunu təqdim edəndə amerikan qonaqlar, həmçinin ABŞ-ın Yuta Ştatının senatoru Maykl K. Mckell və digərləri heyrətlərini gizlədə bilmədilər, əlavə suallar ünvanladılar.

Bu görüş faktı bir daha sübut edir ki, belə guşələrə çox böyük ehtiyac var, xüsusən də həqiqətlərimizin xarici auditoriyaya çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Bəlkə də bu kimi anıt guşələri gələcəkdə rəsmi protokola salınacaq…

 

E.Paşasoy,
Fotolar: Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR