İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerikalıların əksəriyyəti Baydenin yenidən seçilməsinə qarşıdır

Amerikalı respondentlərin 70 %-i hazırkı Prezident Cozef Baydenin ikinci müddətə namizəd olmasını istəmir. Əsas səbəblər arasında onun yaşını da qeyd ediblər.

Bu barədə CNBC-nin ümum-Amerika iqtisadi sorğusunun nəticələrində əks olunub.

Eyni zamanda, respondentlərin 19 %-i hazırkı prezidenti dəstəkləməyə hazırdır.

Bundan başqa, sorğu iştirakçılarının 61 %-i keçmiş prezident Donald Trampın yenidən prezident seçilməsinə qarşı çıxıb.

Bununla belə, rəyi soruşulanların 30 %-nin fikrincə, sabiq prezident namizədliyini irəli sürməlidir.

Xatırladaq ki, Donald Tramp ABŞ prezidentliyinə namizədliyini irəli sürmək üçün ölkənin Federal Seçki Komissiyasına (FSK) ərizə yazıb.//report.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR