İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerikalı senator Ukrayna ətrafında yaranan vəziyyəti Kuba böhranı ilə müqayisə edib

Ukrayna ətrafında baş verənlər 1962-ci il Kuba böhranından bəri ən gərgin vəziyyətdir.

AZƏRTAC “Politico” qəzetinə istinadla xəbər verir ki, bunu ABŞ Konqresi Senatının Silahlı Qüvvələr üzrə Komitəsinin rəhbəri Cek Rid bildirib.

“Biz Kuba böhranından bu yana görünməmiş vəziyyətdəyik. Ukraynanın hava məkanının təhlükəsizliyini təmin etmək və ukraynalılara kömək üçün çox şey edə bilərik və etməliyik”, - senator belə deyib.

Qəzetin yazdığına görə, Birləşmiş Ştatlar Ukraynadakı münaqişəyə “daha dərindən daxil olur” və Kiyevlə daha sıx əlaqə qurur. Belə ki, Qərb ölkələri və xüsusən ABŞ prioritet məsələ kimi Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təmin etmək niyyətindədir. Eyni zamanda, Vaşinqton diplomatik arenada da fəaliyyət göstərir. Məsələn, amerikalı diplomatlar BMT ölkələrini Ukrayna ərazilərinin bir hissəsinin Rusiya tərəfindən ilhaqını pisləyən qətnaməni dəstəkləməyə çağırır.

“Bütün bunlar ABŞ Prezidenti Co Baydenin birbaşa Rusiya-Amerika münaqişəsindən qaçmağa çalışmasına baxmayaraq, Amerikanın Kiyevlə əməkdaşlığa sadiqliyini vurğulayır”, - deyə məqalədə qeyd olunur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR