İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerikalı konqresmendən ağlasığmaz hərəkət

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, qatı ermənipərəst siyasətçi Adam Şiff qondarma “DQR”in müstəqilliyinin tanınması ilə bağlı qətnamə layihəsini Konqresə təqdim edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə konqresmen Adam Şiff özü məlumat yayıb.

Onun sözlərinə görə, qətnamə layihəsində təkcə qondarma “DQR”in “müstəqilliyinin” tanınması deyil, həm də Azərbaycana qarşı sanksiyaların tətbiqi nəzərdə tutulur. Sənəddə “Laçın dəhlizinin davam edən blokadası”ndan bəhs edilir, Azərbaycanın Ermənistan və Dağlıq Qarabağa “əsassız hücumları”ndan danışılır, rəsmi Bakıdan Ermənistan və qondarma “DQR”ə ilkin şərt olmadan hücumlara son qoymağa çağırılır.

Layihədə həmçinin Azərbaycana hərbi yardımın dayandırılması, rəsmi Bakının istənilən hücumunun sanksiyalara və digər cavab tədbirlərinə səbəb olacağı barədə müddəa yer alıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR