İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerikalı hüquqşünas: "Okamponun hesabatı sübut və dəlillərə əsaslanmayıb"

Amerikanın jurist.org saytı hüquqşünas Rodni Diksonun keçmiş BCM prokuroru Luis Moreno Okamponun anti-Azərbaycan hesabatını tənqid etdiyi məqaləsini dərc edib.

Musavat.com xəbər verir ki, bu barədə caliber.az saytı məlumat yayıb.

Qeyd edək ki, Rodni Dikson beynəlxalq hüquq sahəsində aparıcı hüquqşünas və ekspert sayılır. O, ICTY (Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunal), ICTR (Ruanda üzrə Beynəlxalq Cinayət Tribunalı) və ICC-də (Beynəlxalq Cinayət Məhkəməsi) soyqırımlar və insanlığa qarşı cinayətlərlə bağlı işlərdə xüsusi təcrübəyə malikdir.

“Okamponun “Qarabağda soyqırımın törədildiyinə” dair əsas iddianı təsdiqləyən heç bir sübut təqdim etmir. Lakin onun təxribat xarakterli bəyanatları Bakı ilə İrəvan arasında sülh prosesinə zərbə vura bilər”,-deyə o, bildirib.

Diksonun fikrincə, Okamponun yoxlanılmamış, dəlil və sübutlara əsaslanmadan gəldiyi nəticələrin Azərbaycan və Ermənistan arasında sülh prosesinə mane olmasına imkan vermək olmaz.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR