İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerikalı diplomat: “Paşinyanın Azərbaycanın ərazi bütövlüyünün tanıması ilə bağlı sözləri mühüm addımdır”

 

“Dörd saatdan çox davam edən mətbuat konfransı zamanı Ermənistanın baş naziri Nikol Paşinyan ilk dəfə açıq şəkildə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıyacağını bəyan edib. Bu, çox mühüm ilk addımdır”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Avropa və Avrasiya ofisinin administratorunun köməkçisi Erin Elizabet Makki Nümayəndələr Palatasının xarici əlaqələr üzrə alt komitəsində keçirilən dinləmələrdə deyib.

“Bu bəyanat çox əhatəlidir”, -də MakKi Azərbaycan-Ermənistan münasibətlərinə toxunaraq bu sözləri işlədib.

"Biz Azərbaycanın cavabını gözləyirik, artıq irəliləyiş var", - deyə amerikalı diplomat vurğulayıb.


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR