İnsanlara hürriyət, millətlərə istiqlal!

AMEA-da Ramiz Mehdiyev “tilsimi” - 5 aydır yubanan seçki

İddialara görə, akademiyanın yeni prezidenti ilə bağlı iqtidarın son qərarı yubanır, AzTV elm ocağını yıxıb-sürüdü, qurumdan cavab gəldi; Fazil Mustafa: “Akademiyanı ləğv edib minlərlə adamı işsiz qoymaq olmaz, sadəcə, AMEA intriqa yuvasına çevrilib, onu siyasi qurum olmaqdan çıxarmaq lazımdır”

Ramiz Mehdiyev fevralın 14-dən AMEA-nın rəhbəri vəzifəsindən gedəndən sonra yerinə hələ də təyinat olmayıb. “Yeni Müsavat” qeyd edir ki, AMEA prezidenti vəzifəsini müvəqqəti olaraq qurumun birinci vitse-prezidenti Arif Həşimov icra edir.

Hətta təyinatın olmadığını görən bir çoxu Ramiz Mehdiyevin hələ də iş başında olduğunu, istefaya getmədiyini  iddia edir. Milli Məclisin vitse-spikeri Adil Əliyev də verdiyi açıqlamada bu məsələyə toxunmuşdu. “Ramiz Mehdiyevin AMEA-nın prezidenti işlədiyi zamanlar tez-tez köhnə məmurları öz ətrafına toplayıb onları təlimatlandırdığına dair məlumatlar var. Sonunda AMEA-dakı yerindən də uzaqlaşdırıldı. Kreslosunu isə öz adamına buraxdı. Düzdür, hələ ki Arif Həşimov AMEA-nın prezidenti vəzifəsinə təyin olunmayıb, sadəcə, bu vəzifənin icraçısı kimi fəaliyyət göstərir, amma onun da Ramiz Mehdiyevin təlimatı ilə işlədiyi bəllidir. Görünür, buna görə də indiyədək rəsmən AMEA prezidenti vəzifəsinə gətirilməyib” deyə, - Adil Əliyev vurğulayıb.

“Yaxın zamanlar üçün Rəyasət Heyəti tərəfindən AMEA prezidentinin seçilməsi ilə bağlı qərar qəbul edilməyib”. Bu sözləri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib. İ.Həbibbəyli prezident seçkilərinin nə zaman keçiriləcəyi ilə bağlı məsələyə münasibət bildirib: “Akademiyada prezident seçkilərinin keçirilməsini onun ümumi yığıncağı müəyyən edir. Hələ ki belə bir qərar verilməyib. Şübhəsiz ki, AMEA-nın rəhbəri seçilməlidir. Lakin yaxın zamanlar üçün Rəyasət Heyəti tərəfindən belə bir qərar qəbul edilməyib. Amma dəqiq nə zaman prezidentin seçiləcəyini heç kimin proqnozlaşdırması mümkün deyil. Çünki bunun üçün akademiklərin ümumi rəyinin verilməsi lazımdır.Mənim bu barədə proqnoz verməyim düzgün olmazdı.

İsa Həbibbəyli baş direktor oldu

 İsa Həbibbəyli

AMEA-nın prezidenti olacaq şəxs ümumi ölkə miqyasında əsl elm adamı kimi cəmiyyətin bütün şəxsləri tərəfindən qəbul edilməlidir. İkinci isə onun yüksək təşkilatçılıq qabiliyyəti olmalıdır, sonra isə dünya elminə çıxış yaratmalıdır ki, elmimiz  tanınsın. Həmçinin xarici ölkələrdə bizi təmsil etməlidir. Hər AMEA prezidentinin yaxşı və pis cəhətləri olub. Müxtəlif dövrlər üçün çətinliklər mövcud olub. Yeni gələn prezident də keçmişin  dərslərindən nəticə çıxarıb ortaq  mövqeyə gələrək yeni vaxtın reallıqları nəzərə almalı və buna uyğun hərəkət etməlidir". Bəs AMEA prezidenti postuna seçkilər niyə keçirilmir, bu məsələdə R.Mehdiyevin “rolu” ola bilərmi? Bəziləri iddia edir ki, bu, yeni prezidentlə bağlı iqtidarın son qərarının yubanması ilə əlaqəli ola bilər. Daha bir versiyaya görə isə AMEA bütövlükdə ləğv oluna və ya başqa formatda struktura çevrilə də bilər. Seçkilərin keçirilməməsi bunlardan hansı ilə bağlı ola bilər?

Yeri gəlmişkən, Azərbaycan Televiziyası (AzTV) Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyəti barədə süjet hazırlayıb.  “Qocaman elm ocağında qocalaşma prosesi: AMEA-da işçilərin yaşından başqa heç nə dəyişməyib" adlı süjetdə qurumun fəaliyyəti sərt şəkildə tənqid edilib. Maraqlıdır ki, AMEA-nın rəsmi saytında da AzTV-nin tənqidi materialı yerləşdirilib.

Azadə Balayeva bu VƏZİFƏYƏ təyin edildi - Press.az

 Azadə Balayeva

AMEA-nın Rəyasət Heyətinin mətbuat katibi Azadə Balayeva bildirib ki, elm müəssisəsində iş qrafiki fərqli ola bilər: “Bura avadanlıq hazırlayan zavod deyil ki, standart saatda işdə olasan. Yəni AMEA-nın iş qrafikini zavodla eyniləşdirmək olmaz. ”Mən 15 dəqiqədir buradayam, insanlar çıxmadı, işə gəlmir, işləmir" kimi fikirləri səsləndirməyi doğru hesab etmirəm. İşçilərdən kimsə deməyib ki, biz bu saatda getmişik. Nəyisə deyəndə faktlar olmalıdır. Bura elm ocağıdır və iş qrafiki fərqlidir". O qeyd edib ki, hazırda AMEA əməkdaşlarının əksəriyyəti məzuniyyətdədir: “Binanın digər qapısı da var. İşçilər oradan da çıxıb gedirlər”.

Fazil Mustafa yeni qanun haqqında: "Jurnalist sərbəstliyinə imkan  yaradılmalıdır" - 14.12.2021, Sputnik Azərbaycan

Fazil Mustafa 

Deputat Fazil Mustafa “Yeni Müsavat”a akademiyanın ləğvinin gündəmə gələcəyinə inanmadığını söylədi. Onun fikrincə, bir addım atılanda sosial gərginlik nəzərə alınmalıdır: “Akademiyada işləyən yüzlərlə insan maaş alır, bu vacib faktor gözardı edilməməlidir. Düzdür, elmi potensial arxa planda qalıb, siyasi mülahizələrlə tərtibatı düşünülür, bu da elmin inkişafına mane olur. Ona görə Elmlər Akademiyası siyasətdən kənar olmalıdır. İkincisi, akademiyaya sosial müəssisə kimi yanaşılır. Sovetdən miras qalan bir dolanışıq mənbəyidir. Bəli, məvacib azdır, amma yenə də gəlir yeridir. İndi akademiyanı ləğv edib minlərlə adamı işsiz qoymaq olmaz. Bununla ziyalı ordusu çölə atılmış olacaq. O baxımdan akademiyanın ləğvi ehtimalı azdır”. F.Mustafa hesab edir ki, AMEA-nı fərdlər idarə edirdi: “Akademiya intriqa yuvasına çevrilib və media vasitəsilə kimsə ”vurulur". O səbəbdən də AMEA-nı siyasi qurum olmaqdan çıxarmaq lazımdır. Onu yığcam elm mərkəzinə çevirmək lazımdır. Bunun üçün təklifləri, fikirləri dinləmək lazımdır, ya da bəlkə bir çinli, yapon, yaxud ingilis rəhbər gətirməklə vəziyyəti dəyişmək olar? Ancaq təəssüf ki, bizdə dialoq yoxdur. Ona görə daxildən kim rəhbər olsa, hərənin bir qrup tərəfdarı, bir qrup düşməni var, işləməyə imkan verməyəcəklər. Biz dünya elmindən çox uzağıq və indi fikirləşməliyik ki, akademiyanı necə təkmilləşdirək?! Sadəcə, normal müzakirə aparıb, akademiyanı xilas etmək lazımdır".

Elçin Mirzəbəyli — Vikipediya

Elçin Mirzəbəyli

Siyasi ekspert Elçin Mirzəbəyli akademiyanın institutlarının ayrı-ayrı universitetlərin nəzdində fəaliyyət göstərməsinin tərəfdarıdır: “Eyni zamanda AMEA praktik işlə məşğul olmalıdır. Nəticə isə sənayedə, iqtisadiyyatda özünü büruzə verməlidir. Hazırkı sovetdən qalan modeldir və postsovet məkanında qorunub saxlanıb. Əslində, təməlində məqsəd elmin inkişafı olmayıb, ideoloji mərkəzlər idi. Bu gün də yanaşma tərzi akademiyanın institutlarında saxlanıb”. E.Mirzəbəyli hesab edir ki, akademiyada ciddi elmi araşdırma nəzərə çarpmır: “Azərbaycan elminin dünya elminə hansı töhfələr verdiyinə nəzər salsaq, ciddi nəticə görə bilmirik. Ona görə islahatlar aparılmalıdır. Kiminsə status almasından daha çox elmə töhfə verən mərkəzə çevrilməlidir. Ona görə müvafiq sahələr üzrə ayrı-ayrı universitetlərdə fəaliyyət göstərməlidir”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR